Modern.az

Azər Kərimli Katex kəndində - FOTO

Azər Kərimli Katex kəndində - FOTO

Aktual

20 Avqust 2024, 19:10

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində 111 saylı Zaqatala–Balakən seçki dairəsi üzrə deputatlığa namizəd Azər Kərimlinin seçicilərlə görüşləri davam edir. O Balakən rayonu Katex kəndində görüşlər keçirib. Həmin kənddə keçirilən görüşlərdən əvvəl şəhidlərə həsr olunmuş xatirə kompleksini ziyarət edərək abidə önünə gül dəstələri qoyub. Kompleksi ziyarət etdikdən sonra Azər Kərimli kənd sakinləri ilə bir araya gəlib. O, giriş nitqində budəfəki seçkilərin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra ilk parlament seçkiləri olduğunu vurğulayıb. Cənab prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın suverenliyinin bərpa olunması qeyd olunub. 

Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Azər Kərimli seçicilərlə görüşdə ötən dövr ərzində görülən işlər barədə də danışıb. Daha sonra deputatlığa namizəd Azər Kərimli seçicilərin suallarını cavablandırıb

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI