Modern.az

Ceyhun Məmmədov Hacıqabulda seçicilərlə görüşdü - FOTO

Ceyhun Məmmədov Hacıqabulda seçicilərlə görüşdü - FOTO

Aktual

22 Avqust 2024, 15:58

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ceyhun Məmmədovun Hacıqabul rayonu, Qızılburun qəsəbəsində seçicilərlə növbəti görüşü keçirilib.

YAP Cəbrayıl Rayon Təşkilatının sədr Arif Fərzəliyev tədbiri giriş nitqi ilə açaraq YAP-ın fundamental islahatlarından danışıb.

Seçicilər qarşısında çıxış edən YAP-ın 120 saylı Seçki Dairəsindən namizədi Ceyhun Məmmədov cənab prezident tərəfindən aparılan kompleks islahatlar, Böyük Qayıdış Dövlət Proqramının əhəmiyyəti, abadlıq-quruculuq işləri, şəhid və qazi ailələrinin dövlətimizin və cənab prezidentin daima diqqətində olması haqqında vətəndaşları məlumatlandırıb, onların suallarına cavab verilib.

Görüşün sonunda seçicilərin fikir və təklifləri dinlənilib, mövcud problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI