Modern.az

Şəhidimizin anası vəfat etdi

Şəhidimizin anası vəfat etdi

Aktual

22 Avqust 2024, 16:22

Vətən müharibəsi şəhidi Orxan Cabbarovun anası Yeganə xanım vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat yayıb.
 

O bildirib ki, Orxan Cabbarovun anası onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

 

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Orxan Cabbarov Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. O, 44 günlük Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 9-da Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub, Tovuz rayonunun Bozalqanlı kəndində dəfn olunub.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI