2024-cü il 1 sentyabrda keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədliyi irəli sürülmüş Ceyhun Məmmədovun Şirvan şəhərində məskunlaşan seçicilərlə görüşü keçirilib.
YAP Cəbrayıl Tayon Təşkilatının sədri Arif Fərzəliyev çıxşında partiyanın seçkilərə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatılaraq, yeni hədəflərə doğru inamla addımladığını, bütün sahələr üzrə əldə olunan nailiyyətlərin təqdirəlayiq olduğunu, iqtisadi imkanlarımızın daha da artdığını, əhalinin rifahının daha da yaxşılaşdığını vurğulayıb.
Görüşdə çıxış edən deputatlığa namizəd Ceyhun Məmmədov Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında oynadığı roldan, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə qazanılan müvəffəqiyyətlərdən bəhs edib. O, xalqımızın tarixi Zəfər qazandığını və bundan sonra daha da möhtəşəm uğurlara imza atılacağını bildirib.
Namizəd daha sonra YAP-ın seçki platformasından danışaraq seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Görüşün sonunda seçicilərin fikir və təklifləri dinlənilib, problemlərin operativ qaydada həlli üçün fikir mübadiləsi aparılıb.