Modern.az

Gəncədə mənzildən meyit aşkarlandı

Gəncədə mənzildən meyit aşkarlandı

Aktual

22 Avqust 2024, 16:57

Gəncədə mənzildən meyit aşkarlanıb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

 

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI