Modern.az

"Köləliyi bizim beynimizə yeritmək istəyirlər"

"Köləliyi bizim beynimizə yeritmək istəyirlər"

Aktual

22 Avqust 2024, 17:42

Mən gözəl Bonayre adasında yaşayıram. Bu tədbirə gənclərin səsi kimi ölkəmin adından danışmağa dəvət olunmuşam. Ölkəmizdə bizi köləlik haqqında daha çox məlumatlandırırlar, çünki bununla köləliyi bizim beynimizə yeritmək istəyirlər.

 

Modern.az xəbər verir ki, bu sözləri Niderlandın müstəmləkəçiliyi altında olan Bonayre adasının nümayəndə heyətinin üzvü, gənc fəal Zahit Teadora avqustun 22-də Bakıda keçirilən “Bonayre adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” mövzusunda beynəlxalq konfransda səsləndirib.

 

Gənc fəal bildirib ki, ölkəsindəki Niderland məktəb sistemi vətəndaşların şüuruna təsir etmək, onlara işçi, kölə olmağı öyrətmək üçün istifadə olunur. İnsanların çoxu Niderlandda təhsil almağa məcbur edilir.

 

“Məktəbdəki təcrübəmə əsasən deyə bilərəm ki, bizi yalnız Niderland dilində danışmağa məcbur edirdilər. Vəziyyət elə həddə çatıb ki, biz artıq buna alışmışdıq. Xalqımız üçün böyük təhlükə var, bizə ciddi kömək lazımdır. Niderlanddakı məhkəmə sistemi də bir çox uşaqların gələcəyini pozur, bizim hakimlər yalnız niderlandlılardır. İnsanlarımızı həbs edirlər, amma bizə qarşı pis hərəkət edən heç bir niderlandlı heç vaxt saxlanılmır”, - deyə Zahit Teadora vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi