Modern.az

Azər Kərimlinin Balakəndə daha bir görüşü

Azər Kərimlinin Balakəndə daha bir görüşü

Aktual

22 Avqust 2024, 18:35

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində 111 saylı Zaqatala–Balakən seçki dairəsi üzrə deputatlığa namizəd Azər Kərimlinin seçicilərlə görüşləri davam edir. O bu dəfə Balakən rayonunun Kortala kənd sakinləri ilə görüşlər keçirib. 

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd öncə Şəhidlərin əziz xatirəsinə ucaldılmış kompleksi ziyarət edib. Daha sonra Azər Kərimli kənd sakinləri ilə bir araya gələrək,  giriş nitqində budəfəki  seçkilərin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra ilk parlament seçkiləri olduğunu vurğulayıb. Cənab prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın suverenliyinin bərpa olunması qeyd olunub. 


Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  


Azər Kərimli seçicilərlə görüşdə  ötən dövr ərzində görülən işlər barədə də danışıb. Daha sonra deputatlığa namizəd Azər Kərimli seçicilərin suallarını cavablandırıb

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi