Modern.az

Ceyhun Məmmədovun seçicilərlə növbəti görüşü - FOTO

Ceyhun Məmmədovun seçicilərlə növbəti görüşü - FOTO

Aktual

23 Avqust 2024, 00:19

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ceyhun Məmmədovun Sabirabad rayonu, Güdəcühür və Şəhriyar qəsəbələrində məskunlaşan seçicilərlə növbəti görüşü keçirilib.

 

YAP Cəbrayıl Rayon Təşkilatının sədr müavini Məhəmməd Əliyev tədbiri giriş nitqi ilə açaraq YAP-ın fundamental islahatlarından danışıb.

 

Seçicilər qarşısında çıxış edən YAP-ın 120 saylı Seçki Dairəsindən namizədi Ceyhun Məmmədov cənab prezident tərəfindən aparılan kompleks islahatlar, Şərqi Zəngəzur və Qarabağa qayıdışdan, aparılan abadlıq-quruculuq işləri, şəhid və qazi ailələrinin dövlətimizin və cənab prezidentin daima diqqətində olması haqqında vətəndaşları məlumatlandırıb, onların suallarına cavab verilib. Namizəd Ceyhun Məmmədov seçiciləri səsvermə günü fəal olmağa, seçkidə aktiv iştiraka dəvət edib.

 

Görüşün sonunda seçicilərin fikir və təklifləri dinlənilib, mövcud problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi