Modern.az

Günel Əfəndiyeva Şüvəlan seçiciləri ilə görüşdü - FOTO

Günel Əfəndiyeva Şüvəlan seçiciləri ilə görüşdü - FOTO

Aktual

23 Avqust 2024, 11:50

14 saylı Xəzər - Pirallahı seçki dairəsindən deputatlığa namizəd Günay Əfəndiyeva Şüvəlan qəsəbəsinin seçiciləri ilə Şüvəlan Mədəniyyət Evində növbəti görüş keçirib.

 

Modern.az xəbər verir ki, görüşü ATƏT-in nümayəndələri müşahidə ediblər.

 

"Görüşdə iştirak edən Şüvəlan Ağsaqqallar Şurasının üzvu, kənd ağsaqqalı Balas Əliyevə, 5 saylı Uşaq vərəm sanatoriyasının baş həkimi Ruhəngiz Cavadovaya, Zirə Cümə Məscidinin axundu Hacı Qədir Nəcəfzadəyə və bütün Şüvəlan sakinlərinə təşəkkürümü bildirirəm.


Seçki kampaniyama dəstək  verən dəyərli dostlarıma - Beynəlxalq Avrasiya Mətbuat Fondunun qurucusu və sədri Umud Mirzəyevə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor, Azərbaycanın əməkdar artisti Azad Şükürova, Azərbaycan Dillər Universitetinin professoru Sevinc Zeynalovaya, Bakı Bələdiyyə Teatrının direktoru Aynur Muxtarovaya və aktyoru Tural Əhmədə dərin minnətdarlığımı çatdırıram.


Mütəmadi əlaqələri, davamlı inkişafı qoruyub saxlayaraq,


#Gəlin, körpüləri birlikdə salaq!", - namizəd qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI