Modern.az

Azər Kərimli İtitala kənd sakinləri ilə bir araya gəldi - FOTO

Azər Kərimli İtitala kənd sakinləri ilə bir araya gəldi - FOTO

Aktual

23 Avqust 2024, 14:07

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində 111 saylı Zaqatala–Balakən seçki dairəsi üzrə deputatlığa namizəd Azər Kərimlinin seçicilərlə görüşləri davam edir. O bu dəfə Balakən rayonunun İtitala kənd sakinləri ilə bir araya gəlib.

 

 Deputatlığa namizəd öncə Birinci və İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman övladların məzarlarını ziyarət edib.  Daha sonra Azər Kərimli kənd sakinləri ilə bir araya gələrək,  giriş nitqində budəfəki  seçkilərin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra ilk parlament seçkiləri olduğunu vurğulayıb. Cənab prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın suverenliyinin bərpa olunması qeyd olunub. 


Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  
Azər Kərimli seçicilərlə görüşdə  ötən dövr ərzində görülən işlər barədə də danışıb. Daha sonra deputatlığa namizəd Azər Kərimli seçicilərin suallarını cavablandırıb

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI