Modern.az

Daşkənddə tarix yazan iki böyük Lider!

Daşkənddə tarix yazan iki böyük Lider!

23 Avqust 2024, 16:49

Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev Daşkənddə  Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevlə müttəfiqlik münasibətlərinə dair müqavilə imzaladı.


İki qardaş ölkə rəsmən müttəfiq oldu! 


İmzalanan müqavilə  Azərbaycanla Özbəkistan arasında  olan bütün münasibətləri mütəffiqlik səviyyəsinə qaldırmaqla yanaşı Türk dünyasının inteqrasiyası və əməkdaşlığı üçün də yeni imkanlar açacaq.
Azərbaycanla qardaş Türkiyə arasında 2021-ci ilin iyunun 15-də  imzalanan müttəfiqlik haqqında  “Şuşa Bəyannaməsi”ndən sonra bildirmişdim ki, müttəfiqlik haqqında növbəti müqaviləni imzalayacağımız ölkə Özbəkistan olacaqdır. Çünki hər iki ölkənin Liderlərinin apardıqları müdrik siyasət, bir-birilərinə olan inam, dostluq və qardaşlıq əlaqələri bu fikri söyləməyə əsas verirdi.


Bu gün imzalanan  mütəffiqlik sənədi  ölkələrimizi bir birinə daha da yaxınlaşdırmaqla bizim dünyadakı rolumuzu və gücümüzü daha da artıracaqdır. Prezident İlham Əliyevin vurğuladığı kimi iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlətin imzaladığı  müttəfiqlik haqqında sənəd bir çox hallarda regional siyasəti müəyyən edəcəkdir. 


İnanıram ki, “Bizim ailəmiz Türk dünyasıdır” deyən, bu ilin iyulun 6-da Şuşada  Türk Dövlətləri tərəfindən “Qarabağ Bəyannaməsi”nin imzalanmasına nail olan cənab İlham Əliyevin öndərliyində Türk dünyasının inteqrasiya prosesi bundan sonra da uğurla davam edəcək, Özbəkistanla imzalanan belə bir tarixi sənəd digər Türk dövlətləri ilə də imzalanacaqdır.


Görünür, Tarix Türk dünyasının dünyada güc mərkəzinə çevrilməsi missiyasını Azərbaycana və onun Liderinə həvalə edib. 


İllər əvvəl bizim üçün xəyal olan Azərbaycan-Özbəkistan müttəfiqliyini gerçləkləşdirən Prezident İlham Əliyevə və Prezident  Şavkat Mirziyoyevə təşəkkür edir və bu münasibətlə Azərbaycan və Özbək xalqını təbrik edirəm.

 

Azay Quliyev

Milli Məclisin deputatı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI