Modern.az

Əli Məsimli Qax kəndlərində - FOTO

Əli Məsimli Qax kəndlərində - FOTO

Aktual

23 Avqust 2024, 23:10

Avqust ayının 23- də 113 saylı Qax-Şəki seçki dairəsindən VII çağırış Milli Məclisin deputatlığına namizəd Əli Məsimli seçkiqabağı təbliğat-təşviqat kompaniyası çərçivəsində Qax rayonunun Qıpcaq, Oncallı, Qazmalar və Tanqıt kəndlərində yaşayan seçicilərlə görüş keçirmişdir. 

 

Əli Məsimlinin hər bir görüşündə olduğu kimi, bu görüşlərdə də əvvəlcə Dövlət Himni səsləndirildi, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Əli Məsimli platforması barədə məlumat verdi. 

 

Əvvəlcə O, tələbə adını qazanıb, ailəsinə böyük sevinc gətirən,qürur bəxş edən gənclərimizi təbrik etdi,onların valideynlərinə, müəllimlərinə, bu yolda əməyi keçən hər kəsə gözaydınlığı verdi.Tələbə adını qazanan gənclərimizin yolunun uğurlarla müşayət olunmasını arzuladı.

 

Sonra Əli Məsimli gənclərin təhsil və məşgulluq məsələsinə toxundu və bildirdi ki, yaşamağa başladığımız yeni mərhələnin vəzifə və çağırışlarla məsələyə yeni yanaşmalar tələb edir.İslahatları dərinləşdirməklə elə şərait yaradılmalıdır ki, gənclərin getdikcə daha çox hissəsi təhsil almağı-diplom əldə etməklə bitmiş hesab edilməsi streotipindən sürətlə uzaqlaşıb,yaxşı bilik-bacarıq əldə etmək müstəvisində rəqabət qabiliyyətli kadr olduğunu nümayiş etdirməyə üstünlük versin. Zəmanəmizin sürətlə dəyişən tələblərini nəzərə almaqla əlavə və davamlı təhsil almaq, əmək bazarının tələblərini nəzərə almaqla peşəyönümlü biliklər əldə etməyə daha çox səy göstərsin.Bu vəzifənin gerçəkləşdirilməsi gələcəyimizə baxış nöqteyi-nəzərindən çox taleyönümlü, vacib və həlledici bir məsələdir.Çünki təhsil hər bir xalqın gələcəyini müəyyən edən ən mühüm amillərdindir və təhsilin səviyyəsi xalqın rifahı ilə düz mütənasibdir. 

 

Görüşdə seçicilərin sualları və qaldırdığı məsələlər ətrafında müzakirələr aparılıb və müraciətlər qeydə alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi