Modern.az

Səbinə Salmanovanın seçicilərlə növbəti görüşü - FOTOLAR

Səbinə Salmanovanın seçicilərlə növbəti görüşü - FOTOLAR

Aktual

24 Avqust 2024, 11:17

1 sentyabrda baş tutacaq növbədənkənar parlament seçkilərində iştirak edən deputatlığa namizədlərin aktiv təşviqat kampaniyası davam edir.

 

Bütün ölkə üzrə gedən seçki prosesində namizədlərlə bərabər seçicilərin də aktiv iştirakı bu dəfəki seçkilərə marağın daha da yüksək olduğunu göstərir. Seçkiqabağı təbliğat-təşviqat kampaniyası Sumqayıtda da yüksək səviyyədə aparılır. 45 saylı Sumqayıt dördüncü seçki dairəsində də namizədlərin seçicilərlə mütəmadi görüşü uğurlu şəkildə baş tutur. Bu dairədən namizədliyi irəli sürülmüş Səbinə Salmanovanın təbliğat kampaniyası da aktiv şəkildə davam edir.

 

Səbinə Salmanova bu gün də seçicilərlə növbəti uğurlu görüşünü keçirib. Görüşü giriş sözü ilə namizədin nümayəndələri açıb. Deputatlığa namizədin nümayəndələri Səbinə Salmanovanın fəaliyyəti, onun gördüyü işlər və əldə etdiyi uğurlar haqqında görüş iştirakçılarına geniş məlumat verib.

 

Görüşdə çıxış edənlər Səbinə Salmanovanın apardığı seçki kampaniyasını bəyəndiklərini, onun sözlərinə etimad etdiklərini bildirib. Görüşdə iştirak edən seçicilər Sumqayıtda olan problemləri namizədin diqqətinə çatdırıb və onların həllində yaxın iştirak edəcəyinə inandıqlarını deyiblər.

 

Səbinə Salmanova çıxış edərək Sumqayıtın problemləri ilə yaxın tanış olduğunu, onların həllinə çalışacağını, seçiciləri narahat edən məsələləri daim gündəmində saxlayacağını deyib.

 

Namizəd eyni zamanda seçicilərin ona olan səmimi münasibətinə görə görüş iştirakçılarına təşəkkür edib.

 

Ümumi olaraq seçicilərlə görüşü yüksək səviyyədə baş tutub və seçicilərin namizədə ünvanladığı bütün məsələlərlə bağlı Səbinə Salmanova öz mövqeyini diqqətə çatdırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi