Modern.az

Ceyhun Məmmədovun seçicilərlə növbəti görüşü - FOTO

Ceyhun Məmmədovun seçicilərlə növbəti görüşü - FOTO

24 Avqust 2024, 13:46

2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədliyi irəli sürülmüş Ceyhun Məmmədovun “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”-nin Cəbrayıl rayon filialının üzvləri və “Qarabağ Qaziləri” İctimai Birliyinin Cəbrayıl rayon filialının üzvləri ilə növbəti məhsuldar görüşü keçirilib.

 

Vətən Müharibəsində qəhrəmanlıq və şücaət nümayiş etdirən Azərbaycan əsgərinin keçdiyi şərəfli yoldan danışan namizəd Ceyhun Məmmədov qələbəmizin memarının Ali Baş Komandan və qəhrəman şəhidlərimiz, qazərimiz olduğunu vurğulayıb. Qeyd olunub ki, cənab prezidentin rəhbərliyi ilə şəhid və qazi ailələlərinin sosial-məişət problemləri daima diqqətdə saxlanılır, mənzil təminatı prosesi prioritet istiqaməti təşkil edir.

 

Görüşün sonunda şəhid ailələri və qazilərin fikir və təklifləri dinlənilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi