Modern.az

Özbək xalqı Azərbaycanın tarixi Zəfərini öz qələbəsi kimi qəbil edir

Özbək xalqı Azərbaycanın tarixi Zəfərini öz qələbəsi kimi qəbil edir

Aktual

24 Avqust 2024, 18:10

Azərbaycan Prezidenti son iki ildə Özbəkistana beş səfər həyata keçirib.
Eyni zamanda Özbəkistan Prezidenti də qısa müddət ərzində ölkəmizə bir neçə dəfə səfər edib. Şübhəsiz ki, qarşılıqlı səfərlərin intensivliyi ikitərəfli əlaqələrin inkişafına töhfə verməklə yanaşı, həm də qarşılıqlı etimadlı münasibətlərin göstəricisidir.


Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili Azər Kərimli deyib.


Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri çərçivəsində iki qardaş ölkə arasında müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması tarixi əhəmiyyətə malikdir:

“Müttəfiqlik münasibətləri haqqında iki ölkə arasında imzalana biləcək ən yüksək beynəlxalq sənəddir və Azərbaycanla Özbəkistanın bir çox məsələlərdə, o cümlədən regional və qlobal proseslərdə vahid prioritetlər əsasında hərəkət edəcəklərini sübuta yetirir. Sözügedən sənəd iki ölkə arasındakı yüksək səviyyəli müttəfiqlik münasibətlərinin çərçivəsini müəyyənləşdirməklə yanaşı, regional siyasətin müəyyənləşdirilməsində də mühüm rol oynayacaq”. 


Azər Kərimlinin sözlərinə görə, bu gün dünyada ciddi geosiyasi dəyişikliklər baş verir, Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər hövzəsi mühüm əhəmiyyət daşıyan vahid geosiyasi mərkəzlərdən birinə çevrilir:

 

“Azərbaycan və Özbəkistan Cənubi Qafqazın və Mərkəzi Asiyanın geosiyasi və geoiqtisadi aspektdən ən mühüm ölkələri hesab olunurlar və hər iki ölkənin geniş bir ərazidə inkişaf edən proseslərə həlledici təsiri var. Hər iki ölkə, eyni zamanda Türk Dövlətləri Təşkilatının Avrasiyada mühüm güc mərkəzinə çevrilməsində önəmli rola malikdirlər və bu istiqamətdə mühüm təşəbbüslərlə çıxış edir, birləşdirici faktor kimi çıxış edirlər”. 

 

Millət vəkili Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına birmənalı münasibəti və açıq dəstəyi, qardaş ölkənin Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına dəstək verən ölkələrin sırasında ön cərgədə yer alması Bakı-Daşkənd münasibətlərinin nə qədər möhkəm təməllər üzərində qurulduğunu sübuta yetirir: “Özbək xalqı və dövləti Azərbaycan xalqının tarixi Zəfərini öz qələbəsi kimi qəbil edir və bunu bütün dünyaya elan etməkdən çəkinmir. Bu amil özünü bütün sahələrdə, o cümlədən azad edilmiş Azərbaycan ərazilərində yeni layihələrin həyata keçirilməsi təşəbbüsündə də büruzə verir”.

 

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri və bu səfər çərçivəsində imzalanan sənədlər hər iki ölkənin qarşılıqlı münasibətlərinin inkişafında yeni və tarixi əhəmiyyət daşıyan bir mərhələnin başladığından xəbər verir və təbii ki, bu amil özünü həm dövlətlərarası münasibətlərdə, həm də regional proseslərdə qabarıq şəkildə büruzə verəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi