Ötən gün yol qəzasında həyatını itirən professor Nəsiman Yaqublunun dəfn ediləcəyi yer məlum olub.
Modern.az-ın məlumatına görə, o, yaşadığı Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcək.
Dəfn mərasiminin günorta saatlarında baş tutacağı bildirilib.
Xatırladaq ki, professorun ölümünə səbəb olan qəza ötən gün saat 19:00 radələrində Cəbrayıl rayonu ərazisində baş verib. Nəsiman Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.