Modern.az

İran vətəndaşına narkokuryerlik etdi

İran vətəndaşına narkokuryerlik etdi

Aktual

26 Avqust 2024, 09:45

Lerik rayonunda İran vətəndaşından 10 kiloqram narkotik əldə etməkdə şübhəli bilinən şəxs həbs olunub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, tədbirlərlə əvvəllər məhkum olunmuş 25 yaşlı Vüsal Abdullazadə saxlanılıb. Ondan ümumilikdə 10 kiloqram marixuana, heroin və metamfetamin, əlavə olaraq 50 ədəd metadon həbi aşkarlanıb. Araşdırmalarla onun narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi, maddi qazanc və narkotik vasitə müqabilində deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə V.Abdullazadə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi