Modern.az

“Təhsil” yay düşərgəsinin iştirakçıları "Qarabağ"ın bazasında - FOTOLAR

“Təhsil” yay düşərgəsinin iştirakçıları "Qarabağ"ın bazasında - FOTOLAR

Aktual

26 Avqust 2024, 10:21

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Təhsil” yay düşərgəsinin iştirakçıları olan şəhid övladları "Qarabağ" Futbol Klubunun bazasını ziyarət ediblər.

 

Komandanın baş məşqçisi Qurban Qurbanov və futbolçularla görüşən gənc düşərgə iştirakçıları onlarla əyləncəli zaman keçirib və xatirə şəkilləri çəkdiriblər.

 

Qeyd edək ki, “Təhsil” yay düşərgəsi 45 şəhid övladının iştirakı ilə 19-25 avqust 2024-cü il tarixlərində “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris-İdman Bazasında təşkil olunub və bu düşərgə zamanı məktəbli şəhid övladları müxtəlif öyrədici və əyləncəli təlimlərdə iştirak ediblər.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi