Modern.az

Ermənistanda batalyon komandirini DÖYDÜLƏR

Ermənistanda batalyon komandirini DÖYDÜLƏR

Aktual

26 Avqust 2024, 10:30

Avqustun 25-də Ermənistan Daxili İşlər Nazirliyinin Patrul Xidmətinin Araqatsot vilayətinin batalyon komandiri Artem Saakyan Geqarkunik rayonunda döyülüb.

Modern.az xəbər verir ki, Shamshyan.com kriminal xəbər saytının məlumatına görə, Saakyan ailə üzvləri ilə Sevan çimərliklərinin birində dincəlib. Bir qrup şəxsin başqalarına qarşı hörmətsiz münasibət göstərdiyini görən Saakyan onları sakitləşməyə çağırıb, bundan sonra batalyon komandirini döyüblər.

Saakyanın sınığı olub, onu “Sevan” tibb mərkəzinə, daha sonra isə İrəvandakı xəstəxanalardan birinə aparıblar.

Faktla bağlı cinayət işi başlanıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi