Modern.az

Lukaşenko Mehriban Əliyevanı TƏBRİK EDİB

Lukaşenko Mehriban Əliyevanı TƏBRİK EDİB

Aktual

26 Avqust 2024, 11:25

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı yubileyi münasibətilə təbrik edib.

Modern.az xəbər verir ki, bu barədə BELTA-ya Belarus liderinin mətbuat xidmətindən bildirilib.

“Gördüyünüz çoxşaxəli ictimai-siyasi və dövlət fəaliyyəti həmişə insanların rifahına yönəlib, peşəkarlığınız, təşkilatçılıq istedadınız, tükənməz həyati enerjiniz və cazibəniz Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda Sizə layiqincə nüfuz qazandırıb. Minsk və Bakı arasında yüksək qarşılıqlı etimad, müxtəlif sahələrdə sıx təmaslar və böyük strateji əhəmiyyəti ilə seçilən əldə olunmuş tərəfdaşlıq səviyyəsini yüksək qiymətləndirirəm”, - deyə Aleksandr Lukaşenko vurğulayıb.

Dövlət başçısı əmin olduğunu bildirdi ki, Belarus-Azərbaycan münasibətlərinin bütün kompleksinin qurulması üzrə genişmiqyaslı planların həyata keçirilməsi qardaş xalqların maraqlarına tam cavab verir.

Təbrikdə deyilir: “Hörmətli Mehriban Arif qızı, Sizə və yaxınlarınıza cansağlığı, xoşbəxtlik və işinizdə bundan sonra da uğurlar arzulayıram, ailənizdə sevinc, sevgi və harmoniya əbədi hökm sürsün”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi