Modern.az

Ceyhun Məmmədov Suraxanıda görüş keçirdi - FOTO

Ceyhun Məmmədov Suraxanıda görüş keçirdi - FOTO

Aktual

26 Avqust 2024, 12:27

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ceyhun Məmmədovun Suraxanı rayonu, 3-cü mədən adlanan ərazidə seçicilərlə növbəti görüşü keçirilib.

Seçicilər qarşısında çıxış edən YAP-ın 120 saylı Seçki Dairəsindən namizədi Ceyhun Məmmədov cənab prezidentin idarəetmə konsepsiyasının müvafiq elementlərindən birini təşkil edən parlament diplomatiyası, layiqli təmsilçilik, diaspora fəaliyyəti və lobbiçilik, beynəlxalq parlament təşkilatları ilə əlaqələrin vacibliyindən danışaraq vətəndaşları məlumatlanırıb, onların suallarına cavab verilib. Vurğulanıb ki, daxili və xarici siyasətimizin paralel kontekstdə inkişafı nüfuzumu şərtləndirən təməllərdən biridir.

Seçicilərimiz görülən işləri yüksək qiymətləndirdiklərini, səsvermə günü fəal olacaqlarını ifadə ediblər.

Görüşün sonunda seçicilərin fikir və təklifləri dinlənilib, mövcud problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi