2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ceyhun Məmmədovun Nizami rayonu, Naxçvanski 74 ünvanında seçicilərlə növbəti görüşü keçirilib.
Seçicilər qarşısında çıxış edən YAP-ın 120 saylı Seçki Dairəsindən namizədi Ceyhun Məmmədov cənab prezident tərəfindən aparılan kadr islahatları və onların uzunmüddətli hədəfləri, açıq hökumətin təşviqi, şəffaf, hesabatlılığa əsaslanan yeni idarəetmə modeli haqqında vətəndaşları məlumatlandırıb, onların suallarına cavab verilib.
Görüşün sonunda seçicilərin fikir və təklifləri dinlənilib, mövcud problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.