Modern.az

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Aktual

26 Avqust 2024, 12:53

“Nəsiman Yaqublu dəyərli ziyalı idi, ona çox böyük hörmətim vardı”.

 

Modern.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd İmamverdi İsmayılov deyib.

 

O, 1 sentyabr növbədənkənar parlament seçkilərindəki rəqibinin yol qəzasında həlak olmasından kədərləndiyini bildirib: “Çox heyif, çox kədərlənirəm, ailəsinə, yaxınlarına başsağlığı verirəm”.

 

Qeyd edək ki, İmamverdi İsmayılov həmin dairədən indiyədək 6 dəfə deputat seçilib, o, 1995-ci ildən Milli Məclisin üzvüdür.

 

Xatırladaq ki, tarixçi-professor Nəsiman Yaqublu ötən gün seçicilərlə görüşdən sonra Bakıya qayıdarkən yol qəzasına düşərək həyatını itirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi