Modern.az

Təhsil İnstitutu vakansiya elan edib

Təhsil İnstitutu vakansiya elan edib

Aktual

27 Avqust 2024, 10:08

Təhsil İnstitutunun Metodik xidmətin əlaqələndirilməsi şöbəsi mütəxəssis vəzifəsinə vakansiya elan edib.

Modern.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb. Vakansiya üçün aşağıdakı şərtlər müəyyənləşdirilib.

Öhdəliklər:

• Pedaqogika və metodika sahəsində araşdırma və tədqiqatlar aparmaq;
• Metodiki işin təşkili üçün təkliflər hazırlamaq;
• Metodik vəsaitlər hazırlamaq;
• Məqalələr, tezislər yazmaq.

Tələblər:

• Pedaqoji təhsil
• Pedaqoji sahədə minimum 1 il iş təcrübəsi,
• Ümumi 3 ildən az olmayaraq iş təcrübəsi,
• MS Excel, MS Word, Powerpoint və s.proqramlarla işləmə bacarığı,
• Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı,
• Effektiv ünsiyyət, problem həlletmə, komandada işləmək bacarığı,
• Xarici dil bacarığı (ingilis və rus) arzuolunandır.

İş qrafiki: 5 günlük (09:00 – 18:00)

Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində “mütəxəssis” qeyd edərək 23 sentyabr 2024-cü il tarixinə kimi [email protected] elektron ünvanına göndərə bilərlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi