Modern.az

Ceyhun Məmmədovun seçicilərlə növbəti görüşü - FOTO

Ceyhun Məmmədovun seçicilərlə növbəti görüşü - FOTO

Aktual

27 Avqust 2024, 22:56

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ceyhun Məmmədovun Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində Cəbrayıldan olan şəhid ailələri, rayon ziyalıları və ağsaqqalarla növbəti görüşü keçirilib.

 

Görüşdə Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov, Azərbaycan Texniki Universitetinin professoru Əyyub Kərimov, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli iştirak ediblər.

 

Deputatlığa namizəd Ceyhun Məmmədov cənab prezident tərəfindən daima diqqətdə saxlanılan qayıdış prosesi, işğaldan azad edilmiş torpaqlarımızda aparılan abadlıq-quruculuq işləri, 30 il ərzində dövlətimizin və cənab prezidentin daima qaçqın və məcburi köçkünlərə diqqət ayırması və onların həyat şəraitinin yaxşılaşdırılması, milli-mənəvi dəyərlərin qorunmasında ağsaqqaların əvəzsiz rolu haqqında vətəndaşları məlumatlandırıb, onların suallarına cavab verilib.

 

Görüşün sonunda seçicilərin fikir və təklifləri dinlənilib, mövcud problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi