Modern.az

Naxçıvana yanacaq daşıyan yük maşını aşıb - FOTO

Naxçıvana yanacaq daşıyan yük maşını aşıb - FOTO

Aktual

28 Avqust 2024, 14:00

Biləsuvar rayonunda təmir olunan yolda yük avtomobilləri aşıb.

 

Modern.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.

 

Belə ki, Naxçıvana yanacaq daşıyan sürücü Sərvər Həsənovun idarə etdiyi dizel yüklü avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü yüngül xəsarət alsa da, avtomobildəki yanacağın bir hissəsi yol kənarında dağılıb.

 

Eyni yerdən bir neçə yüz metr kənarda isə Biləsuvar sakini Atakişi Fərəclinin idarə etdiyi tikinti materialları ilə yüklü “Shachman” markalı yük avtomobili yol kənarına aşıb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi