Modern.az

Keçmiş məhkumdan 3 kq narkotik götürüldü - VİDEO

Keçmiş məhkumdan 3 kq narkotik götürüldü - VİDEO

Aktual

28 Avqust 2024, 15:12

Narkotik vasitələrin satışının və qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən növbəti əməliyyat həyata keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirlə əvvəllər dəfələrlə məhkum olunmuş 1990-cı il təvəllüdlü Cəsarət Nadirov saxlanılıb. Həmin şəxsdən 3 kiloqram marixuana aşkarlanıb. C.Nadirov ifadəsində narkotikləri satmaq niyyəti ilə əldə etdiyini bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi