Modern.az

İranda Nazirlər Kabinetinin mətbuat katibi ilk dəfə qadın oldu

İranda Nazirlər Kabinetinin mətbuat katibi ilk dəfə qadın oldu

Aktual

28 Avqust 2024, 17:48

İran prezidenti Məsud Pezeşkianın təklifi və Nazirlər Kabinetinin mətbuat katibi ilk dəfə qadın təyin edilib.

Modern.az "Mehr”ə istinadən xəbər verir ki, bu vəzidə Fatimə Mohaceraniyə tapşırılıb.

Mərhum prezident İbrahim Rəisinin administrasiyasında Hökumətin sözçüsü Əli Bahadori Yəhromi olub.

1970-ci ildə Markazi vilayətində anadan olan Fatimə Mohacerani 11-ci hökumətdə Şəriət Texniki və Peşə Tədris Universitetinin (qadınlar üçün ixtisaslaşdırılmış) rəhbəri vəzifəsində çalışıb.

2017-ci il oktyabrın 17-də Mohacerani Fövqəladə İstedadlar Mərkəzinin rəhbəri seçilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi