Modern.az

Xəstəxanada cibgirlik edən şəxs saxlanıldı

Xəstəxanada cibgirlik edən şəxs saxlanıldı

Aktual

29 Avqust 2024, 09:04

Ağdaş Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini xəstəxanada olarkən cibində olan 530 manat pulunun naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki, həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Zavur Həsənov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Z.Həsənovun digər analoji cinayətlər törətdiyi istisna edilmir.

Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə müraciət edə bilərlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi