Modern.az

Gürcüstan İrəvanla Bakı arasında yeni vasitəçilik addımları ata bilər - Gürcü ekspert

Gürcüstan İrəvanla Bakı arasında yeni vasitəçilik addımları ata bilər - Gürcü ekspert

Aktual

29 Avqust 2024, 15:00

Gürcüstan artıq bir neçə dəfə Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması üçün vasitəçi rolunda çıxış etməyə hazır olduğunu bildirib.

Gürcüstan hətta vasitəçi kimi görüşlərin təşkilinə nail də olub.

Rəsmi Tbilisi bundan sonra Cənubi Qafqazda sülh naminə hansı addımları ata bilər?

Gürcüstanın Beynəlxalq Münaqişə və Danışıqlar Mərkəzinin eksperti Zaal Anjaparidze Modern.az-a bildirib ki, qonşu ölkələrlə bağlı siyasətində Azərbaycanla münasibətlər rəsmi Tbilisi üçün xüsusi əhəmiyyət kəsb edir:

“Bildirim ki, regiondakı istənilən münaqişə bütün bölgəyə təsir edir, buna görə də Qafqazın inkişafı üçün sülh və əməkdaşlığın alternativi yoxdur.

Gürcüstanda artıq yeni hökumət, yeni strategiya formalaşıb. Amma qonşu ölkələrlə münasibətlərdə dəyişiklik olacağını düşünmək olmaz. Yeni hökumət qonşu ölkələrlə münasibətləri daha yüksək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldə bilər. Bu regionda sabitlik və sülhün inkişafı üçün mütləqdir. Böyük layihələrin icrası regionda sülh tələb edir. Gürcüstan regionda sülh, sabitlik və əməkdaşlığa töhfə verməyə hər zaman hazırdır. Tbilisi bundan sonra da Azərbaycan, Türkiyə və Ermənistanla strateji tərəfdaşlığı və mehriban qonşuluq münasibətlərini daha da dərinləşdirmək niyyətindədir. Gürcüstandakı hakim partiya Azərbaycan və Ermənistan arasında münasibətlərə də öz töhfəsini verə bilər. Bunun üçün ciddi addımlar atıla bilər.

Hər zaman neytral mövqe tutan Gürcüstan tərəflər arasında vasitəçiliyə üstünlük verir. Vaxtilə Gürcüstan Ermənistan-Azərbaycan münaqişəsində erməni əsirlərin mina xəritələri müqabilində dəyişdirilməsinə vasitəçi olub. Yaxşı nümunədir və bu istiqamətdə işlər davam etdirilməyə layiqdir. Lakin Gürcüstanın imkanları Cənubi Qafqazda sülhün bərqərar olmasında həlledici rol oynamalı olan böyük oyunçuların imkanları ilə müqayisə edilə bilməz. Ona görə də Gürcüstana bununla bağlı dəstək vermək lazımdır". 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu