Modern.az

Rusiya və Ukrayna razılaşmaya yaxın idi - Türkiyədən ABŞ-a sərt İTTİHAM

Rusiya və Ukrayna razılaşmaya yaxın idi - Türkiyədən ABŞ-a sərt İTTİHAM

Aktual

29 Avqust 2024, 15:16

“2022-ci ildə İstanbulda keçirilən sülh danışıqları zamanı Rusiya və Ukrayna münaqişəyə son qoymaq üçün razılaşmaya yaxın idilər, lakin bəzi ölkələr bunu istəmədilər”.

Modern.az xəbər verur ki, bu fikirləri Türkiyə parlamentinin sədri Numan Kurtulmuş “Habertürk” telekanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, Dolmabağçada aparılan danışıqlarda demək olar ki, sülh sazişinin imzalanma həddinə çatılmışdı.

“Amma təəssüf ki, bəzi ölkələr müharibənin bitməsini istəmədi. Çünki ABŞ Ukraynadakı hərbi əməliyyatlara görə Avropa qitəsini konsolidasiya etməyə çalışır, Rusiyanı ciddi problemlərə cəlb etmək istəyir və oradakı qüvvələr balansı üçün regional çaxnaşmaları vacib hesab edir”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi