Modern.az

Ceyhun Məmmədov Cəbrayıl qəsəbələrində - FOTO

Ceyhun Məmmədov Cəbrayıl qəsəbələrində - FOTO

Aktual

30 Avqust 2024, 07:38

2024-cü il 1 sentyabr tarixində keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən YAP-ın vahid namizədi Ceyhun Məmmədovun Biləsuvar rayonu, Cəbrayıl qəsəbələrində məskunlaşan seçiciləri ilə növbəti görüşü keçirilib.

Öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib, abidəsi önünə gül dəstələri qoyulub. Daha sonra isə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsinə ucaldılan abidə ziyarət edilib.

Görüşdə YAP Cəbrayıl Rayon Təşkilatının sədri Arif Fərzəliyev, YAP Veteranlar Şurasının üzvü Əli Həsənov, 91-lər hərəkatının və AMEA-nın müxbir üzvü, professor Novruz Quliyev, Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov, Opera və Balet Teatrının Baş rejissoru, Hafiz Quliyev, Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli iştirak ediblər.

Deputatlığa namizəd Ceyhun Məmmədov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın şəhid ailələrinə yüksək həssasiyyətindən, diqqət-qayğısından danışaraq, həmin həssaslıq və diqqət-qayğının hər birimiz üçün örnək təşkil etdiyini, Şəhid ailələrinə diqqət və qayğı hər birimizin borcu olduğunu vurğulayaraq, şəhidlərin ömür-gün yoldaşları, ailə üzvləri, valideynləri ilə hər bir görüşün, onun üçün doğma görüş olduğunu, şəhidlərimizin ruhu qarşısında dərin sayğılarla baş əydiyini bildirib. Vurğulanıb ki, Qarabağa qayıdış çərçivəsində qarşıya qoyulmuş hədəflərə nail olunması məqsədilə işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması, sosial obyektlərin, o cümlədən müxtəlif təhsil pillələri üzrə müəssisələrin fəaliyyətinin təşkili, dayanıqlı məskunlaşma üçün sistemli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Görüşün sonunda seçicilərin fikir və təklifləri dinlənilib, mövcud problemlərin həlli istiqamətində müvafiq addımlar atılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi