62 saylı Kürdəmir seçki dairəsindən deputatlığa namizəd Əminə Ağazadə seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində Kürdəmir rayonunun Çöhranlı kəndində seçicilərlə görüşüb.
Modern.az xəbər verir ki, görüşdə Əminə Ağazadə qarşıdan gələn 1 sentyabr 2024-cü ildə keçiriləcək növbədənkənar parlament seçkilərinin əhəmiyyətini vurğulayaraq əhalini bu seçkilərdə aktiv olmağa səsləyib, layiq bildikləri namizədə səs verməyə çağırıb.