Modern.az

Azərbaycanlı qardaşlarımızla zəfər bayramlarımızı çiyin-çiyinə qeyd edəcəyik - Türkiyə səfiri

Azərbaycanlı qardaşlarımızla zəfər bayramlarımızı çiyin-çiyinə qeyd edəcəyik - Türkiyə səfiri

Aktual

30 Avqust 2024, 11:40

"Bu gün bir daha şəhidlərimizin mənəvi hüzurunda qürur duyduğumu bəyan edirəm".

Modern.az xəbər verir ki, Trend-in məlumatına görə, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyənin Zəfər Bayramı münasibətilə Türk Şəhidliyi abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

“44 günlük Vətən müharibəsində Azərbaycan əsgərlərinə sizlər ilham vermiş, onların gücünə güc qatmısınız. Biz bu gün olduğu kimi bundan sonra da azərbaycanlı qardaşlarımızla zəfər bayramlarımızı çiyin-çiyinə qeyd edəcəyik”, - səfir əlavə edib.

Cahit Bağçı yekunda bir daha həm Azərbaycan, həm də Türkiyə şəhidlərinin ruhlarını minnətdarlıqla yad edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi