Modern.az

Ceyhun Məmmədov şəhid ailələrinə baş çəkib - FOTO

Ceyhun Məmmədov şəhid ailələrinə baş çəkib - FOTO

Aktual

30 Avqust 2024, 10:18

2024-cü il 1 sentyabr tarixində keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən YAP-ın vahid namizədi Ceyhun  Məmmədovun Biləsuvar rayonu, Cəbrayıl qəsəbələrində vətən müharibəsində canlarını fəda etmiş qəhrəman şəhidlərimizin ailələri ilə növbəti görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd Ceyhun Məmmədov Vətən Müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin ailələrinə baş çəkərək şəhidlərimizə uca Allahdan rəhmət diləyib, daima onların yanında olacağını bildirib.

Qeyd olunub ki, şəhidlərimizin əmanətinə bundan sonra da yüksək diqqət və qayğı göstəriləcəkdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi