Modern.az

Yeni Zelandiyada kral öldü

Yeni Zelandiyada kral öldü

Aktual

30 Avqust 2024, 12:24

Yeni Zelandiyanın Maori kralı VII Tuheitia Paki Te Ferofero 69 yaşında vəfat edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Maori kral hərəkatı xəbəri bu gün səhər elan edib.

Bildirilib ki, kral cümə günü səhər, həyat yoldaşı Makau Arika və uşaqlarının əhatəsində vəfat edib..

Qeyd edilib ki, bir müddət öncə ürəyindən əməliyyat olunmuş kral tacqoymasının 18-ci ildönümünü qeyd etdikdən sonra xəstəxanada müalicə alırdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi