Modern.az

Ceyhun Məmmədov Cəbrayılda görüş keçirdi - FOTOLAR

Ceyhun Məmmədov Cəbrayılda görüş keçirdi - FOTOLAR

Aktual

30 Avqust 2024, 22:45

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsi çərçivəsində 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd Ceyhun Məmmədov Cəbrayıl rayonunda olan seçicilərlə görüşüb.

 

Növbədənkənar seçkilərdə hər yerdə olduğu kimi Cəbrayıl rayonunda da hazırlıq işlərinin yüksək səviyyədə aparıldığından söhbət açıb. Həqiqətən də işğaldan azad olunmuş ərazilərdə seçki məntəqələrinin olmasının çox qürurverici olduğunu vurğulayıb.

 

Cəbrayıla səfər çərçivəsində orada yenidənqurma işləri ilə tanış olan Ceyhun Məmmədov, işçi heyəti ilə də söbət etdib. 

 

Sonda onları səsvermə günü fəal iştirak etməyə, layiqli namizədə səs verməyə dəvət edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?