Modern.az

Şəhidimizin anası vəfat etdi

Şəhidimizin anası vəfat etdi

Aktual

1 Sentyabr 2024, 09:29

Vətən müharibəsində şəhid olan Rəsul Sadıqovun anası Elnarə Sadıqova dünyasını dəyişib.

 

Modern.az-ın məlumatına görə, o, ötən gün uzun sürən xəstəlikdən sonra vəfat edib.

 

R.Sadıqov 2001-ci il martın 3-də Bakı şəhərində dünyaya gəlib. 44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edib. 2020-ci il 10 oktyabrında Ağdərə, Suqovuşan, Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mehdiabadda Şəhidlər xiyabanında dəfn olunub.

 

O, ölümündən sonra “Vətən uğrunda” , “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi