Modern.az

Fuad Nəcəfli də səs verdi - FOTOLAR

Fuad Nəcəfli də səs verdi - FOTOLAR

Aktual

1 Sentyabr 2024, 11:21

Sentyabrın 1-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli 4 saylı Naxçıvan şəhər seçki dairəsinin Naxçıvan Dövlət Texniki Kollecində yerləşən 32 saylı seçki məntəqəsində səs verib.

 

Modern.az xəbər verir ki, səlahiyyətli nümayəndə həmçinin burada təşkil olunmuş Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə 27 saylı seçki dairəsində də səs verib.

 

Müşahidəçilər məntəqədə səsvermə prosesini izləyiblər.

 

Səlahiyyətli nümayəndə komissiyanın işinə uğurlar arzulayıb.

 

Qeyd edək ki, 2024-cü il sentyabrın 1-i ölkəmizdə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar parlament seçkiləri ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə də seçkilər günüdür. Muxtar respublikada seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görülüb.

 

Qeyd: Fotolar "Nuhçıxan"a məxsusdur.

13762691376270

1376271

1376272

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi