Modern.az

Nazir müavini Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak etdi - FOTOLAR

Nazir müavini Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak etdi - FOTOLAR

Aktual

1 Sentyabr 2024, 13:04

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Quru Qoşunları, Ali Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik məktəblərinin buraxılış mərasimlərində iştirak edib.

Müdafiə Nazirliyindən Modern.az-a bildirilib ki, mərasimlərdə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan çıxış edərək məzunları təbrik edib.

Baş direktor təhsildə fərqlənən azərbaycanlı gənc zabitlərə diplomlar təqdim edib.

Qardaş ölkəyə səfər çərçivəsində Baş direktor, həmçinin bir sıra görüşlər keçirərək Azərbaycan və Türkiyə arasında hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığa dair geniş fikir mübadiləsi aparıb.

Nazir müavini Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak etdi - FOTOLARNazir müavini Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak etdi - FOTOLARNazir müavini Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak etdi - FOTOLARNazir müavini Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak etdi - FOTOLAR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi