Modern.az

Ən aktiv seçki dairəsi Xankəndidir

Ən aktiv seçki dairəsi Xankəndidir

Aktual

1 Sentyabr 2024, 15:57

Bu gün ölkədə keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində işğaldan azad edilmiş ərazilərdə saat 15:00-a olan seçici fəallığı açıqlanıb.


Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib.


Belə ki, 118 saylı Ağdam-Xocalı – 34.27 faiz, 119 saylı Ağdam - 34.12faiz, 120 saylı Cəbrayıl-Qubadlı – 40.3 faiz, 121 saylı Laçın – 33.78 faiz, 122 saylı Xankəndi – 42.75 faiz, 123 saylı Kəlbəcər – 32.3 faiz, 124 saylı Şuşa-Ağdam-Xocavənd – 36.39 faiz, 125 saylı Zəngilan-Qubadlı dairələri üzrə 39.73 faiz seçici səs verib.

 

Bununla da 122 saylı Xankəndi seçki dairəsi – 42.75 faiz səslə birinci, 123 saylı Kəlbəcər seçki dairəsi – 32.3 faiz səslə sonuncudur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu