Modern.az

102 yaşlı seçici məntəqədə səs verdi

102 yaşlı seçici məntəqədə səs verdi

Aktual

1 Sentyabr 2024, 18:26

Naxçıvan Muxtar Respublikasında 102 və 100 yaşlı seçici səs verib.

 

Modern.az "Nuhçıxan"a istinadən xəbər verir ki, 6 saylı Ordubad-Culfa seçki dairəsinin 46 saylı seçki məntəqəsinin ən yaşlı seçicisi, 1922-ci il təvəllüdlü Culfa rayonu, Yaycı kənd sakini Abdulla Səfərov məntəqəyə gələrək səsvermə hüququndan istifadə edib.

 

Həmçinin Şərur rayonunun ən yaşlı sakinlərindən biri, İbadulla kəndində yaşayan 1924-cü il təvəllüdlü Dilbər Məmmədova 2 saylı Şərur-Kəngərli seçki dairəsinin 18 saylı məntəqəsindən aparılan daşınan qutu vasitəsi ilə evində səs verib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi