Modern.az

VHP bəyanat yaydı: Vətəndaşların seçiminə təsir göstərilməyib

VHP bəyanat yaydı: Vətəndaşların seçiminə təsir göstərilməyib

2 Sentyabr 2024, 09:48

1 sentyabr seçkilərində əhalinin rahat şəkildə və istədiyi namizədə səs verməsinə şərait yaradılıb, onların seçiminə təsir göstərilməyib.

 

Modern.az xəbər verir ki, bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) yaydığı bəyanatda deyilir.

 

VHP-nin deputatlığa irəli sürdüyü 17 nəfərdən 3-ü Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə liderdirlər.

 

“Partiya rəhbərliyi, namizədlər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı parlament seçkilərini izləyən uzunmüddətli müşahidə missiyasının, ATƏT Parlament Asambleyasının seçki müşahidə missiyasının üzvləri, ölkəmizdə fəaliyyət göstərən bir çox səfirliklərin nümayəndələri ilə görüşmüş, onlarla seçki mühitini müzakirə etmiş və namizədlərin təşviqat kampaniyası ilə bağlı onları məlumatlandırıb”, - bəyanatda qeyd olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi