Modern.az

Bakının 28 May küçəsi bağlanır

Bakının 28 May küçəsi bağlanır

2 Sentyabr 2024, 14:48

Sentyabrın 3-də saat 06:00-dan başlayaraq Mehdiabad-Digah-Məmmədli “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna gedən avtomobil yolunda Əjdər Məlikov küçəsindən (Zabrat-Kürdəxanı avtomobil yolu) Mehdiabad istiqamətində 28 May küçəsinə qədər hərəkət avtonəqliyyat vasitələri üçün mərhələli şəkildə tam məhdudlaşdırılacaq.

 

Modern.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

 

Bu, həmin hissədə aparılan təmir-bərpa işləri ilə əlaqədardır.

 

AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi