Modern.az

Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu

Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu

Aktual

2 Sentyabr 2024, 15:12

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Bəxtiyar Mikayılov saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən kultivasiya edilərək yetişdirdiyi çətənə bitkiləri və marixuana aşkar olunub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi