Modern.az

Şəhidimizin qardaşı deputat seçildi

Şəhidimizin qardaşı deputat seçildi

Aktual

2 Sentyabr 2024, 16:52

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilən şəxslərdən biri şəhid kapitan Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədovdur.

 

Modern.az xəbər verir ki, o, 22 saylı Şıxmahmud seçki dairəsində lider namizəddir.

 

Toğrul Səyyad oğlu Məmmədov 1988-ci il iyulun 26-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şıxmahmud kəndində anadan olub.

 

2012-ci ildə baş leytenant hərbi rütbəsinə layiq görülən T. Məmmədov 2016-cı il “Aprel döyüşləri”ndə iştirak edib. T. Məmmədov 2016-cı il iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.

 

Prezident İlham Əliyevin Sərəncamı ilə şəhadətindən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri