Modern.az

Aqrar sığorta ekspertləri üçün təlimlər başa çatdı - FOTO

Aqrar sığorta ekspertləri üçün təlimlər başa çatdı - FOTO

Aktual

2 Sentyabr 2024, 16:12

Azərbaycanda dövlət tərəfindən tətbiq edilən aqrar sığorta mexanizmi üçün yeni ekspertlərin hazırlanması üzrə növbəti təlimlər başa çatıb.

 

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Modern.az-a bildirilib ki, Aqrar Sığorta Fondunun təşkilatçılığı ilə keçirilən təlimlərdə ölkənin 33 bölgəsindən 75 namizəd iştirak edib.

 

Əyani və onlayn formatda təşkil edilmiş təlimlərə bitkiçilik və heyvandarlıq sahələri üzrə müvafiq ixtisaslara malik olan şəxslər qatılıb.

 

Təlimlərdə Ağcabədi, Ağdam, Ağdaş, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Gəncə, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, İsmayıllı, Qazax, Qəbələ, Qobustan, Quba, Qusar, Lənkəran, Masallı, Mingəçevir, Oğuz, Sabirabad, Samux, Şəki, Şəmkir, Tərtər, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala rayonlarından olan mütəxəssislər iştirak ediblər.

 

Təlimlərdə ölkəmizdə tətbiq olunan aqrar sığorta mexanizmi, onun əhatə etdiyi risklər və məhsullar barədə geniş məlumat verilib.

 

Namizədlər əkin sahələri və heyvandarlıq təsərrüfatı üzrə risklər, onların təsərrüfatlara təsiri, təsərrüfatlara, o cümlədən meyvə bağları, taxıl sahələri, heyvandarlıq təsərrüfatlarına müxtəlif səbəblərdən dəymiş zərərlərin səbəblərinin araşdırılması, zərərin məbləğinin hesablanması üzrə zəruri biliklər əldə edib, Aqrar Sığorta İnformasiya Sisteminin fəaliyyəti ilə tanış olublar.

 

Bitkiçilik üzrə ekspertlər üçün Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun sahələrində praktik sahə təlimləri də təşkil olunub.

 

Təlimləri başa vurmuş namizədlər Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanlarda iştirak etdikdən sonra müvafiq sertifikat alaraq fəaliyyətə başlaya biləcəklər.

 

Bu il Aqrar Sığorta Fondu tərəfindən keçirilən yeni ekspertlərin hazırlanması üzrə təlimlərdə ümumilikdə 150-yə yaxın namizəd iştirak edib.

 

Ekspertlərin hazırlanması üçün təlimlər davam edəcək.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi