Modern.az

Şöbə müdiri vəfat etdi 

Şöbə müdiri vəfat etdi 

Aktual

4 Sentyabr 2024, 19:13

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Aparatının Mülki Müdafiə Şöbəsinin müdiri Oqtay Fərzəliyev vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.

 

Bildirilib ki, o, 2011-ci ildən Geologiya və Geofizika İnstitutunda Mülki Müdafiə Qərargah rəisi vəzifəsində işləyib. 2017-2019-cu illərdə AMEA Rəyasət Heyəti Aparatının İkinci Xüsusi Şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb.

 

2022-ci ildən AMEA Rəyasət Heyəti Aparatının Mülki Müdafiə Şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri