Modern.az

Ərdoğan Pezeşkianla görüşə bilər

Ərdoğan Pezeşkianla görüşə bilər

Aktual

5 Sentyabr 2024, 17:55

Oktyabrın 22-24-də Rusiyanın Kazan şəhərində BRİKS liderlərinin sammiti keçiriləcək.

Rusiya lideri Vladimir Putinin ev sahibliyi ilə baş tutacaq sammitdə Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyə bir müddət öncə BRİKS-ə üzv olmaq üçün müraciət edib.

İran prezidenti Məsud Pezeşkianın da BRİKS sammitinə qatılacağı açıqlanıb.

Pezeşkianın Ərdoğanla görüşüb-görülməyəcəyi maraq doğurur.

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, iki liderin BRİKS sammitində görüşüb-görüşməyəcəyi hələ dəqiq deyil.

BRİKS üzv ölkələr arasında diplomatik, təhlükəsizlik və iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.

Hazırda BRİKS-in 9 üzvü var: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu