Modern.az

Hidayət Elvüsal dəfn edildi

Hidayət Elvüsal dəfn edildi

Aktual

8 Sentyabr 2024, 15:13

Jurnalist Hidayət Elvüsal dəfn edilib.

 

Modern.az xəbər verir ki, mərhumun cənazəsi Kürdəxanı qəbristanlığında, həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.

 

 

 

***

14:42

 

Tanınmış jurnalist, publisist Hidayət Elvüsalla vida mərasimi keçirilir. 

 

 Modern.az xəbər verir ki, mərasim mərhumun Kürdəxanı qəsəbəsindəki yaşadığı mənzildə keçirilir. 

 

Mərasimdə Hidayət Elvüsalın qohumları, media nümayəndələri iştirak edirlər.

 

Qeyd edəki, Hidayət Yunis oğlu Elvüsal 1949-cu ildə Kəlbəcər rayonunda anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. Universitetdə oxuduğu illərdə Kəlbəcərdə çıxan “Yenilik” qəzetində və yerli radioda çalışıb.

 

Sonrakı illərdə “Azərbaycan gəncləri”, “Kommunist”, “Səhər” və başqa qəzetlərdə işləyib.

 

Hidayət Elvüsal "Səhər" qəzetində çalışarkən "Belə-belə işlər" adlı rubrikası ilə məşhurlaşmışdı. O, dövrün problemlərini "Belə-belə işlər"də satirik üslubda qələmə alırdı. 

 

O, bu gün dünyasını dəyişib.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi